...

Bilik Fondu Bakı Humanitar Kollecində mühazirə keçirib (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2017 17:17 (UTC +04:00)
Bakı Humanitar Kollecində “Azərbaycan Prezidenti İlham Əliyevin dil siyasəti” mövzusunda mühazirə keçirilib.
Bilik Fondu Bakı Humanitar Kollecində mühazirə keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maarifləndirmə tədbirlərinə uyğun olaraq, Bakı Humanitar Kollecində “Azərbaycan Prezidenti İlham Əliyevin dil siyasəti” mövzusunda mühazirə keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, mühazirəçi AMEA Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Dövlət dili haqqında” Qanunun və "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Daha bir tədbir Nardaran Bilik Evinin təşkilatçılığı ilə Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilib. Nardaran Bilik Evində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli “Azərbaycan muğam sənəti tarixdən bu günə” mövzusunda mühazirə deyib. Tədbirdə Bilik Evinin müdiri, millət vəkili Dilarə Cəbrayılova da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti