Azərbaycanda doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün fəaliyyət planı hazırlanır (FOTO)

Azərbaycanda doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün fəaliyyət planı hazırlanır (FOTO)

Bakı. Trend:

Doğulanlar arasında cins nisbətinin aradan qaldırılmasına yönələn fəaliyyət planının hazırlanması diqqətdə saxlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə nazir Səlim Müslümov 11 oktyabr - Beynəlxalq Qızlar Günü ilə əlaqədar xoşbəxt ata və qızların obrazını nümayiş etdirən, qız övladlarına doğma və mehriban münasibəti, onların dəyərini təbliğ edən fotosərgidə deyib.

Nazir bildirib ki, fəaliyyət planının hazırlanması ilə bağlı beynəlxalq ekspert artıq müəyyən olunub və artıq cari ilin sonuna qədər həmin planın ilkin layihəsinin hazırlanaraq təqdim olunması nəzərdə tutulur.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafına yönələn siyasətinin uğurlarından biri kimi, respublikada müsbət demoqrafik vəziyyətin və əhalinin sabit artım tempinin mövcud olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, bununla belə, Azərbaycanda doğulanların cins strukturunda oğlan uşaqlarının qız uşaqlarına nisbətən nəzərəçarpan artımı, cins nisbətinin pozulması müşahidə edilir. Müəyyən olunub ki, bu, din faktoru ilə bağlı deyil: “Doğulanlar arasında cins nisbətinin pozulması gələcəkdə davamlı demoqrafik inkişafa mənfi təsir göstərə bilər. Cins nisbətinin pozulmasının aradan qaldırılmasında ilk növbədə ictimai maarifləndirmə xüsusi önəm kəsb edir. Ona görə də Avropa İttifaqının və Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT Əhali Fondu tərəfindən birgə icra edilən iki layihə çərçivəsində Bakıda və ölkəmizin regionlarında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönələn müxtəlif formalarda kütləvi maarifləndirmə işləri aparılır. Eləcə də müvafiq mövzuda ümumi məlumat xarakterli bukletlər, infoqrafika hazırlanıb, 20 rayonda bilbordlar yerləşdirilib. Həmçinin qeyd olunan layihələr çərçivəsində Beynəlxalq Qızlar Günü ilə əlaqədar həmin mövzuya dair maarifləndirmə tədbirlərinin təşkili də nəzərdə tutulub. Hazırkı fotosərgi də belə tədbirlərdən biridir”.

S.Müslümov aparılan kütləvi maarifləndirmə işlərinin müsbət nəticəsi olaraq doğulan qız və oğlan uşaqları arasında say fərqinin tədricən azalmaqda olduğunu da qeyd edib: “Hazırda Azərbaycanda gender bərabərliyinin təmin olunması yönündə fəal dövlət siyasəti aparılır. Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, qadınlar daha çox təhsil, səhiyyə, incəsənət və turizm, sosial xidmət sahələrində çalışırlar”.

Nazir bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsas götürülməklə yeni “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın layihəsi hazırlanır: “Həmin layihədə respublikamlızın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılmasına yönələn tədbirlər nəzərdə tutulub. Həmçinin doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də xüsusi yer ayrılıb”.

Doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə məqsədi daşıyan tədbirin açılışında gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev və b. iştirak ediblər. F.Babayev doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən hazırda keçirlən tədbirin əhəmiyyətindən bəhs edib, bu sahədə BMT-nin Əhali Fondunun dəstəyini davam etdirəcəyini qeyd edib.

Daha sonra K.Yankauskas, İ.Babayev, A.Sofiyeva çıxış edərək bu kimi tədbirlərin önəmini diqqətə çatdırıblar.

BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr -Beynəlxalq Qızlar Gününün təsis olunması qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb
Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb
Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTO)
Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTO)
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb
Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTO)
Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında "Xarıbülbül" festivalından yazıb (FOTO)
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib (FOTO)
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (FOTO)
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm addım
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında qidanın mənimsənilməsi və digər qanun pozunutuları aşkarlanıb
AQTA sədri Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətini qəbul edib (FOTO)
Rusiya Azərbaycanın 126 pomidor istehsalı müəssisəsinə bu ölkəyə məhsul ixracına icazə verib
Türkiyyə ordusu PKK-nın məsul şəxsini zərərsizləşdirib (VİDEO)
Teledərslərin mayın 19-na olan cədvəli
Könül Nurullayeva AŞPA-nın komitə iclasında Azərbaycanda multikulturalizm ənənələrindən söz açıb (FOTO/VİDEO)
AzTV-nin verilişi Laçından yayımlanacaq (VİDEO)
Rüşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı, cinayət işi başlandı
Dövlət Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i fəaliyyətə başlayıb
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib (FOTO)
Mayın 19-na USD/AZN rəsmi məzənnəsi
Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
Azərbaycanlı mütəxəssislərin hazırladığı rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları çap olunub
Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi
Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN
Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?
İspaniya 3 minə yaxın miqrantı Mərakeşə geri göndərib
QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşüb (FOTO)
Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir
Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiqə hökm oxundu
Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir - Belarus müdafiə naziri
Prezident İlham Əliyev: Bu gün Belarus və Azərbaycan əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir
Avropa azərbaycanlıları soydaşlarımıza çağırış edib (FOTO)
Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan bu ölkələrdən quş əti idxalına məhdudiyyət qoyub
“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub (FOTO)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib (YENİLƏNİB) (VİDEO)
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycanda qızıl və gümüş bahalaşır
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)
İranda ötən sutka 14 min nəfər koronavirusa yoluxub, 310 nəfər ölüb
Azərbaycanlılar BMT qərargahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)
Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir - Sevil Mikayılova
Qəbələ Dəmiryol Vağzalı (FOTOSESSİYA)
Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
“Xarıbülbül” festivalı Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Tamam Cəfərova
Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib
Dəmir yolu ilə yükdaşımalar artıb
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
"Telegram"ın işində qüsurlar yaranıb
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Ermənistanın Azərbaycanın mədəni irsinə dağıdıcı rəftarı beynəlxalq hüququn pozuntusudur - Yaşar Əliyev
Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq
Yevlax bazarında nöqsanlar - Nehrə yağı adı ilə bitki yağları satılır (FOTO)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir
"8 Noyabr" stansiyasının şəhid Xudayarın səs yazısı ilə səsləndirilməsi montajdır - Metropoliten
1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib (FOTO)
Kəpəz dağında Nizami Gəncəvi zirvəsi təsis olunub (VİDEO)
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin edilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir (SİYAHI)
Təlimlərin gedişi barədə məruzələr dinlənilib (FOTO)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə infrastruktur işlərinə başlanılıb (VİDEO)
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb
Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - ADY-dən açıqlama
Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur - Dövlət Turizm Agentliyi
Xırdalanda vaqon yanıb (ƏLAVƏ OLUNUB)
TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Binəqədidə bir neçə mağaza yanıb
Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Kanada bu həftə 4,5 milyon doza koronavirus peyvəndi alacaq
Qazaxıstanda koronavirusa daha 1 837 nəfər yoluxub
Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"
Bütün xəbərlər