...

İlin rekordu və ilin ixtisası

Cəmiyyət Materials 23 Oktyabr 2017 10:27 (UTC +04:00)
İlin rekordu və ilin ixtisası

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) indiki və gələcək dövrün ən tələbatlı ixtisası – Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi tədris edilir. Məhz bu ixtisas orada təhsil alan tələbələrin bilik və intellektual səviyyəsinə görə ölkədə bütün rekordları qırıb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarından respublika üzrə 700 bal toplamış 15 tələbənin 7-si BANM-i, onların da 5 nəfəri ixtisas olaraq məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyini seçib.

Prezident təqaüdçülərinin sayına görə respublikada II yeri tutan BANM-də 24 nəfər Prezident Təqaüdçüsü təhsil alır ki, onlardan 21-i məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin tələbələridir.

Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasına bu il 12-si qız, 28-i oğlan olmaqla 40 nəfər tələbə qəbul edilib. İxtisas üzrə minimal keçid balı 685 , maksimal bal 700, orta bal isə 691 bal olub.

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərindən keçirdiyi nəzarət tədbirlərinə görə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilib.

İlin ixtisası olan Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin 2013-2017-ci illər üzrə orta bal dinamikasını təqdim edirik.

İllər orta bal

2013 669

2014 684

2015 685

2016 681

2017 691

Məqalədə:
Xəbər lenti

Xəbər lenti