...

Xəzər sahilindən qanunsuz qum daşıyanların cəriməsi 13 min manatı keçdi

Cəmiyyət Materials 25 Oktyabr 2017 20:59 (UTC +04:00)
Ekologiya Nazirliyi Xəzər dənizinin sahil ərazilərindən qanunsuz qum daşınmasının qarşısını almaq üçün mütəmadi reydlər keçirir
Xəzər sahilindən qanunsuz qum daşıyanların cəriməsi 13 min manatı keçdi

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin sahil ərazilərindən qanunsuz qum daşınmasının qarşısını almaq üçün mütəmadi reydlər keçirir. Bu barədə özəl olaraq Trend-ə nazirlikdən bildirilib.

Məlumatda bildirilir ki, monitorinqlər əsasən Quba, Xaçmaz, Giləzi, Şurabad, Lənkəran, Bakı və Abşeron yarımadasında dəniz sahillərində keçirilir:

"Bu ilin 9 ayı ərzində keçirilən monitorinqlər nəticəsində yerin təkindən qanunsuz istifadə edən şəxslərə 35 akt və protokol tərtib edilib. Nəticədə qanun pozan şəxslər 15 min 800 manat cərimələnib. Qanunsuz qumun daşınmasına görə isə, 13 min 633 manat məbləğində iddia qaldırılıb".

Nazirlikdən bildirilib ki, əvvəlki illərlə müqayisədə Xəzər sahilindən qanunsuz qum daşınması faktları əhəmiyyətli dərəcədə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti