...

Reaktiv mühərriklər üçün yanacaq idxalının gömrük rüsumlarından azad edilməsi 2 ay müddətinə uzadıldı

Cəmiyyət Materials 6 Noyabr 2017 18:38 (UTC +04:00)
Nazirlər Kabineti “TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb
Reaktiv mühərriklər üçün yanacaq idxalının gömrük rüsumlarından azad edilməsi 2 ay müddətinə uzadıldı

Bakı. Azad Həsənli - Trend:

Nazirlər Kabineti “TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb.

Trend-in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.

Hər iki qərar noyabrın 3-dən qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti