...

Bakıda keçiriləcək "İƏT Gənclər və İdman Nazirləri Konfransı 4-cü Sessiyası"na hazırlıq müzakirə olunub

Cəmiyyət Materials 10 Noyabr 2017 09:50 (UTC +04:00)
Bakıda keçiriləcək “İƏT Gənclər və İdman Nazirləri Konfransı 4-cü Sessiyası”nın hazırlıq iclası keçirilib.
Bakıda keçiriləcək "İƏT Gənclər və İdman Nazirləri Konfransı 4-cü Sessiyası"na hazırlıq müzakirə olunub

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri (GİN) Konfransının 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan 4-cü Sessiyası ilə bağlı, Bakı şəhərində ilk hazırlıq iclası baş tutub.

İƏT Gənclər Forumundan Trend-ə verilən məlumata görə, iclasda tədbirə ev sahibliyi edəcək Azərbaycan Gənclər və İdman Nazirliyi və İƏT GİN nazirləri Konfransının katibliyi səlahiyyətlərini icra edən Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumunun müvafiq struktur rəhbərləri iştirak ediblər.

İclasda 4-cü sessiyanın gündəliyi, proqramı, keçirilmə tarixi, hazırlıqla bağlı təşkilati məsələlər müzakirə olunub. Qeyd etmək lazımdır ki, hazırlıq iclasının qərarına əsasən, “İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü Sessiyası”nın 2018-ci ilin aprelində Bakıda həyata keçirilməsi planlaşdırılır.

Sessiyaya hazırlıq fəaliyyəti ilə bağlı tərəflər arasında iş planı tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti