Bakı. Cani Babayeva, Əli Mustafayev - Trend:
Gözəl ənənələrə və tarixi irsə malik Azərbaycan iqtisadiyyatın vacib tərkib hissəsi olan mədəniyyət sektorunu daha da inkişaf etdirə bilər.
Trend-in məlumatına görə, bunu Bakıda “Tvininq layihələrin nailiyyətlərinin bugünü və gələcəyi” tədbirində İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
Onun sözlərinə görə, mədəniyyət millətin ayrılmaz hissəsi olduğu üçün bu layihə çox vacibdir.