...

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Cəmiyyət Materials 19 Dekabr 2017 11:46 (UTC +04:00)
Təhsil Problemləri İnstitutu tərəfindən Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb oluna bilməmələrinin səbəbləri araşdırılıb.
Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Bakı. İlhamə Isabalayeva -Trend:

Təhsil Problemləri İnstitutu tərəfindən Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb oluna bilməmələrinin səbəbləri araşdırılıb.

Trend-in məlumatına görə, “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi çərçivəsində aparılan araşdırmalara əsasən məlum olub ki, əsas səbəblər uşağın yaşadığı ərazidə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya az olması, xəstəlik və ya əlillik, özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin çox olması və sair səbəblərdir. Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır.

Layihənin yekun nəticələrində qeyd olunur ki, hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı üçün yüksək hesab oluna bilər. Belə ki, özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağçalarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur.

Nəticələrdə bildirilir ki, 2020-ci ildə ölkədə uşaqların məktəbə hazırlığa cəlb edilməsinin 90 faizə çatdırılması nəzərdə tutulur.

2019-2020-ci dərs ilində 147492 uşaq məktəbəhazırlığa cəlb ediləcək. Bu, bütün məktəbəhazırlıq yaşında olan uşaqların 90 faizini əhatə edəcək. Onların 31253 nəfəri Bakının, 5063 nəfəri Sumqayıtın, 3929 nəfəri Gəncənin, 1496 nəfəri Mingəçevrin, 2401 nəfəri Abşeronun payına düşəcək.

Azərbaycanda 2016-ci ildə məktəbəhazılıq yaşında (5-6 yaş) yalnız 24 faiz uşaqlar məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici Bakı və şəhərlərdə nisbətən yüksək, rayon və kənd yerlərində isə daha aşağı səviyyədə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti