...

"Xalq mahnılarımızı yaşadaq" müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2017 11:21 (UTC +04:00)
Paytaxt məktəbliləri arasında təşkil edilən “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqənin final mərhələsi keçirilib.
"Xalq mahnılarımızı yaşadaq" müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Paytaxt məktəbliləri arasında təşkil edilən “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqənin final mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki 211 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycanın xalq artistləri Canəli Əkbərov, Mələkxanım Əyyubova, Simarə İmanova, məktəb kollektivi, şagird və valideynlər iştirak ediblər.

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlər arasında milli musiqi dəyərlərimizi təbliğ etmək və onların istedadını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqənin final mərhələsinə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi ümumi təhsil məktəblərində təşkil olunan seçimlərdə uğurlu nəticə göstərən 31 şagird qatılıb. Məktəblilər xalq və bəstəkar mahnılarını ifa ediblər. Münsiflər heyətinin rəyinə əsasən, BŞTİ-nin tabeliyindəki 63 və 284 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, II, 20 nömrəli məktəb-liseyin şagirdi III yerə layiq görülüb.

Qaliblər müvafiq dərəcəli diplomla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti