...

Ölkədə tikinti materialları istehsalı artıb - 46,6 faiz

Cəmiyyət Materials 24 Yanvar 2018 20:34 (UTC +04:00)
2017-ci ildə Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib
Ölkədə tikinti materialları istehsalı artıb - 46,6 faiz

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ildə Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2016-cı ildə qeydə alınan göstəricidən 46,6 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2017-ci ilin yekunları ilə bağlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda 2,88 milyon ton sement (2016-cı illə müqayisədə 24,3 faiz artım), 856,2 ton şüşə-lif (76,1 faiz artım), 29,8 min ton tikinti əhəngi (8,6 faiz artım), 797,5 min ton hazır beton qarışığı (96,8 faiz artım), 144,5 min kubmetr yığma beton tikinti konstruksiyası (64 faiz artım), 22,56 min ton cilalanmış mərmər, travertin, alebastr və onlardan məmulatlar (3,1 dəfə artım) istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti