...

ƏƏSMN ictimai məlumatlandırmada sosial şəbəkələrdən geniş istifadə edir

Cəmiyyət Materials 26 Yanvar 2018 11:16 (UTC +04:00)
İctimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən geniş istifadə olunur.
ƏƏSMN ictimai məlumatlandırmada sosial şəbəkələrdən geniş istifadə edir

Bakı. Trend:

İctimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən geniş istifadə olunur.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən ictimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən istifadəyə də xüsusi önəm verilir.

Bu sahədə aparılan işlərin davamı kimi, son bir ildə ƏƏSMN-in fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər barədə hazırlanmış 400-dən çox məlumat aidiyyəti foto və video materiallarla birlikdə nazirliyin rəsmi facebook səhifəsində yerləşdirilib. Hazırda bu səhifənin izləyicilərinin sayı 43 mindən çoxdur ki, bu da mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəricilərdən biridir.

Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaşların müvafiq sahələrlə bağlı müraciətlərinin cavablandırılması işi də aparılır. Ötən il həmin səhifə vasitəsilə vətəndaşlar tərəfindən edilmiş 2173 müraciətin cavablandırılması təmin edilib. Müraciətlərin 61,6 faizi sosial təminat növləri, 8,8 faizi məşğulluğun təminatı, 7,5 faizi əlillərin tibbi-sosial ekspertizası və reabilitasiyası, 5 faizi əmək qanunvericiliyi, qalan hissəsi isə nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlərlə bağlı olub. Böyük əksəriyyəti sorğu xarakteri daşıyan həmin müraciətlər nazirliyin aidiyyatı bölmələrinin məsul şəxslərinin iştirakı ilə vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə uyğun şəkildə cavablandırılıb.

Youtube kanalında isə 2017-ci il ərzində nazirliyin tədbirləri ilə bağlı 100-ə yaxın videosüjet yerləşdirilib. Ötən il nazirliyin İnstagram səhifəsi də fəaliyyətə başlayıb. Həmçinin nazirliyin twitter hesabı daimi olaraq yenilənir.

Qeyd olunan sosial şəbəkələrə girişi daha da asanlaşdırmaq üçün ƏƏSMN-in rəsmi internet saytında (www.mlspp.gov.az) onlara birbaşa keçid linkləri də yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti