...

Azərbaycanda sanitar-gigiyena normalarına cavab verməyən yerlərdə çalışanların sayı artıb

Cəmiyyət Materials 5 Fevral 2018 10:52 (UTC +04:00)
Sanitar-gigiyena normalarına cavab verməyən yerlərdə çalışanların sayı artıb.
Azərbaycanda sanitar-gigiyena normalarına cavab verməyən yerlərdə çalışanların sayı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2016-cı ildə Azərbaycanda 2015-ci illə müqayisədə sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışanların sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 2013-2017-ci illər üzrə hesabatında qeyd olunub.

Hesabata əsasən, sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışan işçilərin sayı 3,5 faiz artıb.

Həmçinin 2017-ci ildə aparılan nəzarət-profilaktika işləri nəticəsində yoxlanmış həmkarlar ittifaqlarının xidmət dairəsində olan müəssisələrin hər 12 işçisindən birinin həyatı üçün risk faktoru aradan qaldırılıb.

Hesabatda qeyd olunur ki, son 5 il ərzində AHİK-ə üzv təşkilatlara 786 484 ərizə və şikayət daxil olub. AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95,2 faizi müsbət həll olunub. Əmək hüquqlarının pozulması ilə əlaqədar AHİK və üzv təşkilatlara 5 il ərzində daxil olan 18 916 müraciətin 3145-i işə bərpa ilə əlaqədar olub. Onların həlli ilə bağlı 97 məhkəməyə müraciət olunub. Bu müddətdə 983 nəfər öz işinə bərpa edilib.

İşdən çıxarılma ilə bağlı işəgötürənlər tərəfindən həmkarlar ittifaqlarına daxil olan 9088 müraciətdən 3103-nə razılıq verilməyib və işçilər öz işlərini davam etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti