Bakı. Əli Mustafayev – Trend:
ABŞ səfirliyinin vəzifəsi Azərbaycanda gələcək nəslə dəstək verməkdir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Diplomat qeyd edib: “Bu gün bizim səylərimiz Azərbaycanda məcburi köçkünlərin övladlarının təhsilinə dəstək verilməsinə yönəlib. Bizim “Bilik qüvvədir” adlı proqramımız azərbaycanlı uşaqlara ingilisi dilini öyrənməyə və öz potensialından daha yaxşı yararlanmağa kömək edəcək”.