...

"Türk Hava Yolları" Türkiyə və Azərbaycan arasında sərnişin axınını artırmaq istəyir

Cəmiyyət Materials 1 Mart 2018 10:51 (UTC +04:00)
"Türk Hava Yolları" Türkiyə və Azərbaycan arasında sərnişin axınını artırmaq istəyir.
"Türk Hava Yolları" Türkiyə və Azərbaycan arasında sərnişin axınını artırmaq istəyir

Bakı. İlkin Şəfiyev - Trend:

2018-ci ildə "Türk Hava Yolları" şirkəti Türkiyə və Azərbaycan arasında sərnişin axınını 20 faiz artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfulla İlyas deyib.

O bildirib ki, bu məqsədlə həm Türkiyənin, həm də Azərbaycanın turizm şirkətləri ilə danışıqlar aparılır. Uçuşların coğrafiyasının genişləndirilməsi məsələsi də gündəmdədir:

"Ötən illə müqayisədə 2018-ci ildə yalnız Azərbaycandan Türkiyəyə deyil, əks iqtiqamətdə də sərnişin axınının 20 faiz artacağını proqnozlaşdırırıq. Hazırda "Türk Hava Yolları" Bakıdan başqa, Gəncə və Naxçıvana da uçuşlar həyata keçirir. Biz bu istiqamətdə potensialı inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda, bu məsələ tələbatdan asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti