...

Bakıda marşrut avtobuslarının hərəkəti gecikdi

Cəmiyyət Materials 5 Mart 2018 10:01 (UTC +04:00)
Bakıda səhər saatlarında marşrut avtobuslarının intervalında gecikmələr yaranıb.
Bakıda marşrut avtobuslarının hərəkəti gecikdi

Bakı. Samir Əli - Trend:

Bakıda səhər saatlarında marşrut avtobuslarının intervalında gecikmələr yaranıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Qurum rəsmisi bildirib ki, gecikmələr paytaxt küçələrindəki sıxlıqla əlaqədardır:

"Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti