...

Listeriya bakteriyası aşkarlanmış toyuqlar Azərbaycan üçün təhlükə yaradır?

Cəmiyyət Materials 9 Mart 2018 14:16 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Rusiyada təhlükəli listeriya ST6 bakteriya aşkar olunduğu "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsullarının ölkəmizə idxalı ilə bağlı məsələyə aydınlıq gətirib.

Xidmətin mətbuat katibi Yolçu Xanvəli Trend-ə deyib ki, Azərbaycan Türkiyə, Ukrayna, Gürcüstanla yanaşı, Rusiyadan da toyuq və toyuq məhsullarını idxal edir. Lakin Rusiyadan idxal edilən məhsulların arasında "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsulları yoxdur.

Y.Xanvəlinin sözlərinə görə, Azərbaycana daxil olmuş bütün məhsullar satışa çıxarılmamışdan əvvəl yoxlanılır və keyfiyyətində problemlər aşkarlanmış məhsulların satışına icazə verilmir.

Qeyd edək ki, listeriyaya yoluxma insanda bəzi xəstəliklərin yaranmasına, hətta onun ölümünə də səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti