...

Balakəndə sel suları fəsadlar törətdi, istixanalar dağıldı

Cəmiyyət Materials 16 Aprel 2018 22:04 (UTC +04:00)
Balakən rayonunda Katex və Dəliçay çayları məcrasından çıxıb.
Balakəndə sel suları fəsadlar törətdi, istixanalar dağıldı

Bakı. Samir Əli - Trend:

Balakən rayonunda Katex və Dəliçay çayları məcrasından çıxıb.

Bu barədə Trend-ə açıqlamasında Balakən rayon İcra Hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva məlumat verib.

İcra başçısının müavini bildirib ki, hər iki çayda daşqınlar dağlıq ərazilərdə yağıntının miqdarının həddindən artıq olması nəticəsində baş verib: "Aprelin 15-də dağlara güclü yağış yağıb. Nəticədə hər iki çay daşıb və ətraf kəndləri su basıb. Katex və Mahamalar kəndində həyətyanı sahələri, istixanaları su basıb. Bəzi həyətlərdə istixanalarda şitillər məhv olub. Bəzilərinin tütün sahələrini su basıb. Dərhal Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerində olub və ərazilər təmizlənib. Hazırda həyətyanı sahələrdə su yoxdur".

M.Nuriyeva bildirib ki, hadisə nəticəsində həmin kəndlərə elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb, kəndlər fasiləsiz enerji ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti