...

Formula 1 ilə bağlı avtobusların hərəkət sxemi dəyişdiriləcək, 125 nömrəli marşrut dayandırılacaq (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2018 17:40 (UTC +04:00)
125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.
Formula 1 ilə bağlı avtobusların hərəkət sxemi dəyişdiriləcək, 125 nömrəli marşrut dayandırılacaq (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti