...

Çaylarda növbəti monitorinq yenə biogen maddələrin miqdarının çox olduğunu göstərdi

Cəmiyyət Materials 19 Aprel 2018 19:59 (UTC +04:00)
Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında növbəti monitorinq həyata keçirilib.
Çaylarda növbəti monitorinq yenə biogen maddələrin miqdarının çox olduğunu göstərdi

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında növbəti monitorinq həyata keçirib.

Departamentdən Trend-ə verilən məlumata görə, aprel ayının I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən 30 m3/san artaraq 450 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Aprel ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.49-8.57 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti