...

Yeni nazir: Yüksək texniki peşə təhsili ilə subbakalavr pilləsi uyğunlaşdırılacaq

Cəmiyyət Materials 25 Aprel 2018 13:33 (UTC +04:00)
İslahatların dərinləşməsi əsas istiqamətlərdən biridir.
Yeni nazir: Yüksək texniki peşə təhsili ilə subbakalavr pilləsi uyğunlaşdırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yüksək texniki peşə təhsilinin olması və onun subbakalavr pilləsi ilə uyğunlaşdırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Milli Məclisdə III oxunuşda qəbul edilən "Peşə təhsili haqqında" qanunun qəbulu ilə peşə təhsili sahəsində yeni anlayışlar müəyyənləşdirilib.

Nazir hesab edir ki, bu qanunun tətbiqi nəticəsində təhsil pillələri arasında keçid təmin olunacaq: "Qanuna əsasən, peşə təhsilinin müddətindən, proqramların məzmunundan asılı olaraq, ilk peşə, texniki peşə, yüksək texniki peşə təhsili olacaq. Yüksək texniki peşə təhsilinin subbakalavr pilləsi ilə uyğunlaşdırılması nəzərdə tutulur".

C.Bayramov bildirib ki, ötən dövr ərzində Azərbaycan təhsilində bir çox istiqamətlər üzrə müsbət dinamika müşahidə edilib: "Bütün bu istiqamətlər üzrə davamlı işləri həyata keçirəcəyik. Həmin islahatların dərinləşməsi və müsbət dinamikanın qorunub saxlanılması əsas istiqamətlərdən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti