...

Bilik Fondu Azərbaycan musiqisini təbliğ edir

Cəmiyyət Materials 27 Aprel 2018 18:36 (UTC +04:00)
Bilik Fondu Azərbaycan musiqisinin təbliği ilə bağlı mühazirələrə başlayıb
Bilik Fondu Azərbaycan musiqisini təbliğ edir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərinin Yasamal rayonu Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq doktoru Nuridə İsmayılovanın “Cümhuriyyət dövründə musiqi” mövzusunda mühazirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun həyata keçirdiyi layihələrdən danışıb, musiqinin estetik zövqün cilalanmasında rolundan bəhs edib.

Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov Bilik Fonduna və Bakı Musiqi Akademiyasına maarifçilik missiyasının həyata keçirilməsində uğurlar arzulayıb və təşəkkürünü bildirib.

Mühazirəçi Nuridə İsmayılzadə Bakıda və ümumilikdə Azərbaycanda musiqi mədəniyyətinin təşəkkül tapdığı dövrdən Cümhuriyyət dövrünə qədər və ondan sonrakı illərdə musiqimizin inkişaf yolundan danışıb. Natiq özülü muğamla yoğrulan Azərbaycan musiqisinin məhz Cümhuriyyət dövründə keçdiyi yola diqqət çəkib.

Tədbir tələbələrin milli musiqimizin zəngin tarixinə dair sualları və mövzu ətrafında müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti