...

Formula 1-lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır

Cəmiyyət Materials 30 Aprel 2018 10:14 (UTC +04:00)
Formula 1-lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır.
Formula 1-lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır

Bakı. Samir Əli - Trend:

Formula 1-lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Məlumatda qeyd olunur ki, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar sabahdan, yəni mayın 1-dən əvvəlki rejimdə fəaliyyət göstərəcəklər.

Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar sabahkı tarixdən sərnişinlərə xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti