...

Mina qurbanları və digər müharibə əlilləri kiçik biznesə cəlb ediləcək

Cəmiyyət Materials 11 May 2018 13:55 (UTC +04:00)
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı rayonlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin kiçik biznesə cəlb edilməsi” adlı layihənin icrasına başlayır.
Mina qurbanları və digər müharibə əlilləri kiçik biznesə cəlb ediləcək

Bakı. Trend:

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı rayonlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin kiçik biznesə cəlb edilməsi” adlı layihənin icrasına başlayır.

Bunu Trend-ə "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

H.Səfixanov deyib ki, layihənin məqsədi Füzuli, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Daşkəsən, Göygöl və Şəmkir rayonlarında yaşayan mina qurbanlarını və digər müharibə əlillərini kiçik biznes sahəsinə cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Birlik sədri qeyd edib ki, layihənin həyata keçiriləcəyi regionlarda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün kiçik biznesin hüquqi və praktiki əsaslarına dair maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.

Layihənin icra müddəti 5 aydır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti