...

Avtomobil Yolları Dövlət Agentliyində Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 25 May 2018 18:35 (UTC +04:00)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Avtomobil Yolları Dövlət Agentliyində Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir Dövlət Agentliyinin akt zalında davam etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi sayəsində Cümhuriyyətin yaranmasının 100 illiyinin ölkə daxilində və xaricində böyük təntənə ilə qeyd edildiyini bildirib.

S.Məmmədov milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından, həmçinin demokratik Cümhuriyyətin süqutu səbəblərində danışıb. Qeyd edilib ki, bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməmiş və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdi.

Azərbaycan Respublikasının da müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşdiyini qeyd edən İdarə Heyətinin sədri dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin xilas olduğunu, sabit inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb.

Ulu öndərin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözlərini xatırladan S.Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut edib, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaradıb.

S.Məmmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, eləcə də respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti