...

Ötən ay 700-dən çox əcnəbiyə iş icazəsi verilib

Cəmiyyət Materials 12 İyun 2018 00:17 (UTC +04:00)
729 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.
Ötən ay 700-dən çox əcnəbiyə iş icazəsi verilib

Bakı. Trend:

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqəsi verilib, 35-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

DMX-dən Trend-ə verilən məlumata görə, bundan başqa ay ərzində 729 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 4226 şəxsə respublikamızda müvəqqəti və daimi yaşama, iş icazəsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti