...

15-18 iyun “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

Cəmiyyət Materials 13 İyun 2018 15:29 (UTC +04:00)
15-18 iyun tarixlərində Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
15-18 iyun “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

Bakı. Trend:

15-18 iyun tarixlərində Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 19 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti