...

Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib

Cəmiyyət Materials 12 İyul 2018 15:00 (UTC +04:00)
Lerik rayonunun Gürdəsər qəsəbəsində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib.
Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə iyulun 10-dan etibarən Lerik rayonunun Gürdəsər qəsəbəsində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 20-dək davam edəcək arxeoloji düşərgə 2012-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Gənclər və İdman Nazirliyi tərəfindən gerçəkləşdirilir.

Düşərgələrin keçirilməsində məqsəd - gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir.

Hər il olduğu kimi, bu il də düşərgədə müxtəlif ali təhsil müəssisəsindən olan tələbələr iştirak edəcək.

Düşərgədə iştirak etmiş gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, düşərgələr Azərbaycan Prezidenti İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndinə (Gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək), “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.5.6 bəndinə (Yay tətili müddətində ali və orta ixtisas təhsili müəsissələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi) uyğun olaraq gerçəkləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti