...

Azərbaycanda yeni doğulan körpələrin çoxu oğlandır - STATİSTİKA

Cəmiyyət Materials 16 Avqust 2018 10:44 (UTC +04:00)
Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66 166 doğulan körpə qeydə alınıb.
Azərbaycanda yeni doğulan körpələrin çoxu oğlandır - STATİSTİKA

Bakı. Elçin Mehdiyev - Trend:

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66 166 doğulan körpə qeydə alınıb.

Trend-in məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

Doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,0 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti