...

Ekologiya və Təbii Sərvətlər naziri Masallıda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 31 Avqust 2018 15:53 (UTC +04:00)
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.
Ekologiya və Təbii Sərvətlər naziri Masallıda vətəndaşları qəbul edib

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masallıda vətəndaşları qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən M.Babayev Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masalı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının vətəndaşlarını qəbul edib.

Qəbuldan əvvəl M.Babayev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti