...

ATƏT-də media azadlığı müzakirə olunub: Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2018 17:20 (UTC +04:00)
Polşanın Varşava şəhərində ATƏT-in İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı keçirilir.
ATƏT-də media azadlığı müzakirə olunub: Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır (FOTO)

Bakı. Trend:

Polşanın Varşava şəhərində ATƏT-in İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı keçirilir.

Trend-in məlumatına görə, toplantında ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Toplantının ikinci günündə ATƏT üzvü olan ölkələrdə söz və media azadlığının vəziyyəti müzakirəyə çıxarılıb. Toplantıda "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək Azərbaycanda söz və media azadlığı sahəsində görülən işlərdən danışıb:

"Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır: Azərbaycanda cəmi bir günə xəbər portalı, müvafiq dövlət qurumuna informasiya xaraktetli bildiriş göndərməklə qəzet və jurnal təsis etmək mümkündür. Hazırda ölkəmizin internet media məkanında yüzlərlə xəbər portalı mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti