...

Allahşükür Paşazadə: İmam Hüseyn (ə) özü də baş yarmaq, zəncir vurmaq kimi hərəkətlərə razı olmazdı

Cəmiyyət Materials 20 Sentyabr 2018 12:45 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında qeyd olunan məsələlərə riayət olunmalıdır.
Allahşükür Paşazadə: İmam Hüseyn (ə) özü də baş yarmaq, zəncir vurmaq kimi hərəkətlərə razı olmazdı

Bakı. Elçin Mehdiyev – Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında qeyd olunan məsələlərə riayət olunmalıdır.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, İmam Hüseyn (ə) özü də baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq kimi hərəkətlər etməyə razı olmazdı:

"Bu gün Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Bəzi insanlar qəbul etdiyimiz fətvaları bəzən məhdudiyyət kimi qəbul edir və təqdim edirlər".

QMİ sədri vurğulayıb ki, Azərbaycan dövləti və onun rəhbərliyi dindarlar üçün bütün şəraiti yaradıb: "Məscidlərimiz təmir olunur, eyni zamanda Azərbaycanda başqa dinlərə münasibət də yüksək səviyyədədir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti