...

Meksikalı balerina Bakıda çıxış edib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2018 04:56 (UTC +04:00)
Tanınmış meksikalı prima-balerina, beynəlxalq səviyyədə dünyanın ən yaxşı kastanyet ifaçısı kimi tanınan Sonia Amelio, Bakıda çıxış edib
Meksikalı balerina Bakıda çıxış edib (FOTO)

Tanınmış meksikalı prima-balerina, beynəlxalq səviyyədə dünyanın ən yaxşı kastanyet ifaçısı kimi tanınan Sonia Amelio, Bakıda çıxış edib. Sonia Amelionun konserti Meksikanın ölkəmizdəki Səfirliyinin təşkilatı dəstəyi ilə sentyabrın 28-də baş tutub. Azərbaycan tamaşaçısı Bakıya ikincə dəfə səfər edən şöhrətli balerinanı isti qarşılayıb.

Altı yaşından pianoda ifa etməyi və baleti öyrənməyi başlayan Sonia klassik və ənənəvi ispan rəqsləri üzrə, eləcə də Latın Amerika baleti üzrə dərs alıb. Amelio Şopen və List kimi bəstəkarların əsərlərini müşayiət etmək üçün kastanyetlərdə mahir ifanı inkişaf etdirib və müxtəlif ölkələrin orkestrləri ilə çıxış etmək üçün dəvət alıb. Həmçinin, Betxoven və Paqanini kimi romantik əsrin bəstəkarlarının əsərlərini müşayiət etmək üçün rəqs nömrələrini qurub.

Vətəni olan Meksikada 1969-1970-ci illərdə dramatik aktrisa qismində bir sıra film və televiziya proqramlarında çıxış edib. Müasir dövrdəki karyerasının böyük hissəsini musiqi tədrisinə həsr edib. Asiya və Afrika ölkələrində, Pekin Xoreoqrafiya İnstitutu və Anna Pavlova adına Moskva İnstitutu kimi tədris ocaqlarında rəqs və xoreoqrafiya üzrə seminar və master-klassları həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti