...

DİN: Binədəki qəzada 2 nəfər ölüb, 41 nəfər yaralanıb

Cəmiyyət Materials 2 Oktyabr 2018 12:10 (UTC +04:00)
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
DİN: Binədəki qəzada 2 nəfər ölüb, 41 nəfər yaralanıb

Bakı. Samir Əli - Trend:

DİN Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti