...

Qazaxıstanlı gimnast: Bakıda keçirilən yarışlara mütləq bir daha gələcəm

Cəmiyyət Materials 7 Oktyabr 2018 15:14 (UTC +04:00)
Bakıda keçirilən aerobika gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yarışlarında 7-8 yaş kateqoriyasında qrup tərkibində 2-ci yer tutan qazaxıstanlı gimnast Adelina Vafina öz çıxışından razı qalıb
Qazaxıstanlı gimnast: Bakıda keçirilən yarışlara mütləq bir daha gələcəm

Bakı. Cani Babyeva - Trend:

Bakıda keçirilən aerobika gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yarışlarında 7-8 yaş kateqoriyasında qrup tərkibində 2-ci yer tutan qazaxıstanlı gimnast Adelina Vafina öz çıxışından razı qalıb.

Qazaxıstanlı gimnast Trend-ə bildirib: "İkinci yer tutduğuma örə çox şadam. Milli Gimnastika Arenasında çıxış etməkdan xoşum gəldi - buranın zalı böyük və gözəldir. Yaxşı ki, azarkeşlər bizi ruhlandırdılar. Bakıda keçirilən yarışlara mütləq bir daha gələcəm".

Onun sözlərinə görə, o, qələbəni öz məşqçisinə həsr edir və yaxşı nəticə qazanmaq üçün daha çox məşq edəcək.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yekun gününə start verilib.

Yarışın sonuncu günü kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları arasında yarışlar keçiriləcək.

Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak edəcək. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti