...

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək

Cəmiyyət Materials 19 Oktyabr 2018 12:00 (UTC +04:00)
TOEFL IBT imtahanı 2018-ci il oktyabrın 20-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq
Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək.

Mərkəzdən Trend-ə TOEFL IBT imtahanı 2018-ci il oktyabrın 20-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti