...

Növbəti TOEFL imtahanı noyabrın 10-da keçiriləcək

Cəmiyyət Materials 20 Oktyabr 2018 14:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzində oktyabrın 20-də "TOEFL IBT" və "PTE ACademic" ingilis dili imtahanları keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.

İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL imtahanının 2018-ci il noyabrın 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti