...

Cümhuriyyət tarixi sənədli kadrların dili ilə (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2018 20:20 (UTC +04:00)
Oğuz və İsmayıllıda Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırıldı.
Cümhuriyyət tarixi sənədli kadrların dili ilə (FOTO)

Bakı. Trend:

Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlər İsmayıllı və Oğuz rayonlarında keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, Oğuz rayonu Mədəniyyət evində keçirilən tədbirdə Fondun yerli nümayəndəsi Anar Məcidov qonaqları salamlayıb və Fondun maarifləndirici layihələrindən söhbət açıb. ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsindən sonra Mərkəzin istehsalı olan “Sarmaşıqlı məzarlar” sənədli filmi nümayiş olunub.

Nümayişdən sonra Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı gənclərə “Cümhuriyyət dövründə mədəniyyət” mövzusunda məlumat verib, mövzu ətrafında geniş müzakirə keçirilib.

İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qonaqları Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva açaraq Bilik Fonduna bölgələrdə mütəmadi olaraq keçirdiyi maarifləndirici tədbirlərə görə təşəkkür edib. ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsi keçirilib. Yerli gənclərin maraqla dinlədiyi mühazirədən sonra Mərkəzin istehsalı olan “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.

Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova “Cümhuriyyət dövründə təhsil islahatları” mövzusunda məruzə edib. Məruzədən sonra filmə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti