...

Azərbaycanda yeni medallar təsis edilib

Cəmiyyət Materials 30 Oktyabr 2018 12:27 (UTC +04:00)
Azərbaycanda yeni medallar təsis edilib
Azərbaycanda yeni medallar təsis edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yeni medallar təsis edilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmətə verilən töhfəyə görə" medalının və "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Hər iki dəyişiklik səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti