...

Astarada 4 yaşayış məntəqəsində həyətləri və əkin sahələrini su basıb

Cəmiyyət Materials 12 Noyabr 2018 13:06 (UTC +04:00)
Cənub bölgəsinə yağan aramsız yağışlar nəticəsində Astara rayonunun 1 qəsəbə və 3 kənddə problemlər yaradıb.
Astarada 4 yaşayış məntəqəsində həyətləri və əkin sahələrini su basıb

Bakı. Samir Əli - Trend:

Cənub bölgəsinə yağan aramsız yağışlar nəticəsində Astara rayonunun 1 qəsəbə və 3 kəndində problemlər yaranıb.

Bu barədə Trend-ə açıqlamasında Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.

Onun sözlərinə görə, yağıntı miqdardan artıq olduğu üçün su kanalları seli qəbul edə bilmir: "Aramsız yağışlar nəticəsində Kijəbə qəsəbəsi, Pensər, Siyəku, Səncərədu ərazi nümayəndəliklərində həyətyanı sahələri su basıb. Rayona nisbətən bu ərazilərə daha çox yağıntı düşüb. Hələlik evlərə ciddi ziyan dəyməyib, amma həyətlərdə suyun hündürlüyü 20-30 santimetrə çatıb. Hadisə nəticəsində əkin sahələrinin bəzi hissələrini su basıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti