...

Nazir müavini: Telefonlara pensiya yaşına çatmaq barədə SMS göndəriləcək

Cəmiyyət Materials 16 Noyabr 2018 12:27 (UTC +04:00)
Şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə pensiya yaşına çatması barədə məlumat göndəriləcək.
Nazir müavini: Telefonlara pensiya yaşına çatmaq barədə SMS göndəriləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə pensiya yaşına çatması barədə məlumat göndəriləcək.

Trend-in məlumatına görə, bunu “Əmək pensiyaları haqqında” qanunun 22-ci maddəsinə təklif edilən yeni dəyişiklikləri şərh edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxş edərkən deyib.

Onun sözlərinə görə, 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablamaq niyyətindədirlər:

“Təkliflərimizin mahiyyəti odur ki, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-cu ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablansın. Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq. Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmalıyıq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırma mümkün deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti