...

Şəhid kapitanın həyat yoldaşı: Azərbaycan dövləti şəhid ailələrinə hər zaman qayğı göstərib

Cəmiyyət Materials 16 Noyabr 2018 20:44 (UTC +04:00)
Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə hər zaman qayğı göstərib.
Şəhid kapitanın həyat yoldaşı: Azərbaycan dövləti şəhid ailələrinə hər zaman qayğı göstərib

Bakı. İlhamə İsabalayeva – Trend:

"Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə hər zaman qayğı göstərib. Buna görə Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.

Bunu Trend-ə 1993-cü il avqustun 31-də Qubadlıda gedən döyüşlərdə həlak olmuş kapitan, “Azərbaycan Bayrağı” ordenli Abbasov Rasim Fəxrəddin oğlunun həyat yoldaşı Yeganə Abbasova deyib.

Y.Abbasova Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsini alqışlayıb.

O bildirib ki, bu fərman Azərbaycan dövlətinin ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğı göstərdiyini bir daha nümayiş etdirir.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti