Bakı. Ləman Zeynalova - Trend:
Belarusun “BelTA” teleqraf agentliyi Azərbaycanda təndir çörəklərinin hazırlanması barədə fotoreportaj hazırlayıb.
Trend-in məlumatına görə, reportajda təndirin Azərbaycan bütün kafelərində verildiyi deyilir.
Qeyd olunur ki, yumşaq təndir çörəyi təndirdən çıxan kimi süfrəyə təqdim olunur.
Bu çörəkləri həm çayla, həm də istənilən yeməklə yemək olar.
Tərkibindən və bişirmə üsulundan asılı olaraq təndir çörəklərinin bir çox növü mövcuddur.