...

Nazir məktəb direktorunun döyülməsi ilə bağlı: Qəbuledilməzdir...

Cəmiyyət Materials 21 Noyabr 2018 15:03 (UTC +04:00)
Təhsil naziri Ceyhun Bayramov Bakıda məktəb direktorunun döyülməsi hadisəsinə münasibət bildirib.
Nazir məktəb direktorunun döyülməsi ilə bağlı: Qəbuledilməzdir...

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Ceyhun Bayramov Bakıda məktəb direktorunun döyülməsi hadisəsinə münasibət bildirib.

Trend-in məlumatına görə, C.Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, aktyor Rza Rzayev tərəfindən 175 saylı məktəb direktorunin döyülməsi halı Azərbaycan cəmiyyəti üçün nadir, qeyri-adi haldır:

"Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti