...

Fikrət Məmmədov: Cəzaçəkmə müəssisələrində ölüm halları azalıb

Cəmiyyət Materials 22 Noyabr 2018 09:18 (UTC +04:00)
Azərbaycanda Penitensiar Xidmət müəssisələrində ölüm halları azalıb.
Fikrət Məmmədov: Cəzaçəkmə müəssisələrində ölüm halları azalıb

Bakıp. Samir Əli - Trend:

Azərbaycanda Penitensiar Xidmət müəssisələrində ölüm halları azalıb.

Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb: "Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılıb, qanunvericilik təkmilləşdirilib, məhbusların hüquq və imtiyazları genişlənib, infrastruktur yaxşılaşdırılıb, o cümlədən Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti