...

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi başa çatıb

Cəmiyyət Materials 3 Dekabr 2018 21:55 (UTC +04:00)
Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi başa çatıb
Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi başa çatıb

Bakı. Trend:

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi başa çatıb.

Trend-in məlumatına görə, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edib.

Konqresin ikigünlük iclaslı zamanı FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinlənilib. Sonra FIG-in daxililində olan qitə ittifaqlarının rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.

FIG-in rəhbər orqanlarının, o cümlədən bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə olunub. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinin təsdiqinə baxılıb.

Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə edilib, bundan başqa, növbəti Konqresin keçirilmə yeri müəyyən olunub.

Qeyd edək ki, Konqresdən əvvəl noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.

Xatırladaq ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil olunub.

Xəbər lenti

Xəbər lenti