...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2018 18:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, guşədə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndərin büstü önünə çiçəklər qoyub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil dövlətimizin yaranmasında göstərdiyi misilsiz xidmətlərindən danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti