...

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Cəmiyyət Materials 12 Dekabr 2018 20:52 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar fəaliyyət müddəti ərzində Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti