...

Ailə strategiyası bu il qəbul edilə bilər

Cəmiyyət Materials 24 Fevral 2019 08:01 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan Respublikasının Ailə Strategiyası"nın bu il qəbul edilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədrinin sözlərinə görə, ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazası mövcuddur.

H.Hüseynova əlavə edib ki, yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir:

"Həmçinin qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını zəruri edir. Bununla bağlı "Azərbaycan Respublikasının Ailə Strategiyası" layihəsi hazırlanır və bu il həmin sənədin qəbul edilməsi nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti