...

Millət vəkili Sofiyada Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2019 14:42 (UTC +04:00)
Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib.
Millət vəkili Sofiyada Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib.

Trend-in məlumatına görə, anım mərasimi Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil olunub.

Mərasimdə Bolqarıstanın dövlət və özəl qurumları, media nümayəndələri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bolqarıstan ictimaiyyətini Xocalı soyqırımı ilə daha yaxından məlumatlandırmaq məqsədilə Sofiya şəhərinin mərkəzində yerləşən hərbi klubda Azərbaycan Dövlət Pantomima Teatrının truppası tərəfindən “Xocalı-bu olub” tamaşası göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti