...

SOCAR-ın Ukraynadakı əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümünü qeyd ediblər (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2019 13:01 (UTC +04:00)
Ukraynada fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqləri şəbəkəsinin işçi heyəti Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər.
SOCAR-ın Ukraynadakı əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümünü qeyd ediblər (FOTO)

Bakı. Trend:

Ukraynada fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqləri şəbəkəsinin işçi heyəti Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər.

Trend-in məlumatına görə, Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “SOCAR Energy Ukraina”nın yanacaqdoldurma məntəqələrində bayraqlar endirilib, faciə qurbanları yad edilib.

Ukraynadakı SOCAR yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx yayımlanıb.

Videoçarxda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən XX əsrin dəhşətli faciəsi haqqında maarifləndirici məlumatlar, statistik rəqəmlər, soyqırıma dair fotolar əks olunub. “SOCAR Energy Ukraina” şirkətinin keçirdiyi aksiya YDM-lərdən istifadə etmiş insanlarda faciə ilə bağlı təsəvvürün yaradılmasında xüsusi rol oynayıb və onlar Xocalı soyqırımı haqqında həqiqətləri öyrənə biliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti